Azərbaycan vətəndaşı ölkədən külli miqdarda xarici valyuta çıxararkən saxlanılıb

Hadisə
  • 12 noyabr, 2018
  • 07:50
Azərbaycan vətəndaşı ölkədən külli miqdarda xarici valyuta çıxararkən saxlanılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İrana gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə