Azərbaycan vətəndaşı narkotik maddə saxladığına görə Gürcüstan polisi tərəfindən saxlanılıb

Hadisə
  • 15 may, 2018
  • 09:10
Azərbaycan vətəndaşı narkotik maddə saxladığına görə Gürcüstan polisi tərəfindən saxlanılıb

Bakı. 15 may. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik maddə əldə edib saxlaması ittihamı ilə Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Z.N.-i saxlayıb.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bu cinayət 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

DİN-in məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları Z.N-i Zemo Poniçala qəsəbəsində həbs ediblər. Polis şübhəlinin ayaqqabısında dörd bağlamada gizlədilmiş 324 qram heroin aşkarlayaraq, onu maddi sübut kimi müsadirə edib.