Azərbaycan və ADB arasında 2019-2023-cü illəri əhatə edəcək tərəfdaşlıq strategiyası müzakirə olunub

Hadisə
  • 22 oktyabr, 2018
  • 12:25
Azərbaycan və ADB arasında 2019-2023-cü illəri əhatə edəcək tərəfdaşlıq strategiyası müzakirə olunub
Maliyyə nazirvi Samir Şərifov
Report

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan maliyyə naziriSamir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidentiVençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən“Report”a verilən məlumata görə, görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığınhazırkı vəziyyəti və gələcək istiqamətləri, o cümlədən 2019-2023-cü illəri əhatəedəcək ölkə üzrə tərəfdaşlıq strategiyası müzakirə olunub, birgə həyata keçirilənelektrik enerjisi, nəqliyyat - yol şəbəkəsi və dəmir yolu, su təchizatı layihələrininicra vəziyyəti nəzərdən keçirilib.

Xüsusilə AİB-nin ölkəmizin makroiqtisadisabitliyinə, dövlət sektorunda effektivliyin artırılmasına, Cənub Qaz Dəhlizininmaliyyələşdirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsinin yenidənqurulmasına verdiyi dəstək vurğulanıb.

Görüş zamanı həmçinin bir sıra sahələrdə texniki yardımlar,eləcə də islahatyönümlü layihələr, maliyyə idarəçiliyi və digər sahələr üzrəfikir mübadiləsi aparılıb.

Qeydedək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədiüzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradanqaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir.AİB-ə 48-i regional və 19-uqeyri-regional olmaqla 67 ölkə üzvdür. Bankın baş ofisi FilippinRespublikasının paytaxtı Manila şəhərində yerləşir.