Azərbaycan gömrükçüləri 8 ədəd mobil telefon müsadirə ediblər
Hadisə
- 16 oktyabr, 2018
- 06:52
Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycan gömrükçüləri mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21043" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı, Rusiya istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd "NANO BQ-1411" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:40
Venesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını açıqlayıb
Digər ölkələr05:35
Tramp Venesuelanın neft ehtiyatlarının ABŞ-nin nəzarətinə keçdiyini bəyan edib
Digər ölkələr05:15
Pit Heqset prezidentliyə namizədliyini irəli sürmək planlarını təkzib edib - YENİLƏNİB
Digər ölkələr04:53
İraq və Oman İrana qarşı ABŞ sanksiyalarının nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb
Digər ölkələr03:52
Nepalda daşqından sonra itkin düşənlərin sayı iki minə yaxınlaşır
Digər ölkələr03:21
ABŞ sentyabrda Venesuela ilə enerji sazişi bağlamağı planlaşdırır
Digər ölkələr02:48
Pezeşkian: Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik
Region02:18