Azərbaycan gömrükçüləri 4000 ədəd siqaret aşkar edib

Hadisə
  • 24 aprel, 2017
  • 08:47
Azərbaycan gömrükçüləri 4000 ədəd siqaret aşkar edib
Customs.gov.az

Bakı. 24 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21043" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ayaqaltısından, günlük hissəsindən və hava filtri boşluğundan gömrük nəzarətindən gizlədilən ümumilikdə 4000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.