Azərbaycan gömrükçüləri 20 min ədəd aksiz markasız siqaret aşkar edib
Hadisə
- 22 fevral, 2017
- 06:04
Bakı. 22 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycan aksizi ilə markalanmamış 20 min ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:27
Abşeronda "2 iyul – Azərbaycan Polisi Günü" qeyd edilib
Daxili siyasət16:26
Tramp: ABŞ NATO-ya hamıdan çox vəsait ayırır, lakin bundan heç bir fayda əldə etmir
Digər ölkələr16:18
Çində qızıl medal qazanan Vladimir Dolmatov: "Saat fərqinə uyğunlaşmaq asan olmadı"
Fərdi16:16
Süni intellektdən rəqəmsal ixraca: Azərbaycanın yeni iqtisadi hədəfləri – TƏHLİL
İKT16:15
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Daxili siyasət16:15
Sabah geomaqnit qasırğasının olması gözlənilir
Elm və təhsil16:15
Foto
Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Hərbi16:11
Azərbaycan polisi xalqın və dövlətin milli maraqlarının keşikçisidir - RƏY
Daxili siyasət16:08