Azərbaycan dövlətinin “İnterpol” xəttilə axtarışa verdiyi Türkiyə vətəndaşı Əlcəzairdə saxlanılıb

Hadisə
  • 12 mart, 2019
  • 12:09
Azərbaycan dövlətinin “İnterpol” xəttilə axtarışa verdiyi Türkiyə vətəndaşı Əlcəzairdə saxlanılıb

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs Əlcəzairdə tutulub.

“Report” xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən “İnterpol” xətti ilə axtarışa verilən, Türkiyə vətəndaşı Alettin Müzəffər İbrahim Əlcəzairdə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.