“Azərbaycan Dəmir Yolları” Biləcəri stansiyasında post növbətçisinin ölümü ilə bağlı açıqlama yayıb

Hadisə
  • 14 avqust, 2019
  • 08:11
“Azərbaycan Dəmir Yolları” Biləcəri stansiyasında post növbətçisinin ölümü ilə bağlı açıqlama yayıb
Report.az

Bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. 

"Report" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Ə.Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Allah rəhmət eləsin!