AZAL-ın təyyarəsi Türkiyə səmasında hava boşluğu zonasına düşüb
Hadisə
- 07 avqust, 2021
- 19:39

“Azərbaycan Hava Yolları”nın İstanbuldan Bakıya yola düşən (J2-176 reysi) A320 təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təyyarə yerli vaxt ilə saat 19:45-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Uçuş zamanı sərnişinlərdən heç biri xəsarət almayıb.⠀
Aviaşirkət yaranmış narahatlığa görə sözügedən reysin sərnişinlərinə öz üzrxahlığını bildirir.
Qeyd edək ki, uçuş zamanı turbulentlik normal haldır və hava gəmiləri üçün təhlükə törətmir.
Belə təbii hadisə zamanı ciddi xəsarət almamaq üçün AZAL aviaşirkəti sərnişinlərə uçuş boyu kəmərləri bağlı saxlamağı, təşvişə düşməməyi və ekipajın tələblərinə əməl etməyi tövsiyə edir.
Son xəbərlər
03:27
Qazaxıstan millisinin baş məşqçisi istefa verdiyini açıqlayıb
Futbol02:58
Ərzurumda evin çökməsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb
Region02:28
HƏMAS dərhal danışıqlar masasına oturmağa hazır olduğunu bildirib
Digər ölkələr01:47
İran sanksiyaların ləğvi müqabilində nüvə obyektlərində yoxlamaları bərpa etməyə hazırdır
Region01:19
Türkiyənin daxili işlər naziri müxalifətə aksiyalarla bağlı xəbərdarlıq edib
Region00:55
Cari ilin sonuncu Ay tutulması başa çatıb - YENİLƏNİB
Elm və təhsil00:43
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib
Futbol00:14
Tramp Tokayevlə "əla söhbət"dən sonra Qazaxıstana səfər edə biləcəyini deyib
Digər ölkələr23:54