​Avtoxuliqanlıq edən 5 nəfər saxlanılıb - FOTO

Hadisə
  • 01 may, 2015
  • 10:46
​Avtoxuliqanlıq edən 5 nəfər saxlanılıb - FOTO

Bakı. 1 may. REPORT.AZ/ Gəncədə yol polisinin keçirdiyi reydlər zamanı avtoxuliqanlıq edən 5 sürücü saxlanılıb. “Report” xəbər verir ki, onlar inzibati həbs cəzası almaqla sürücülük hüququndan məhrum edilib.

Hər biri 15 sutka müddətinə həbs cəzası almış şəxslər Gəncə şəhər sakinləri - 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyarı və 20 yaşlı Elsəvər Qasımovdur.