Avropa Liqası: "Fənərbağça" və daha 12 klub 1/16 finala yüksəlib - NƏTİCƏLƏR

Hadisə
  • 29 noyabr, 2018
  • 23:46
Avropa Liqası: Fənərbağça və daha 12 klub 1/16 finala yüksəlib - NƏTİCƏLƏR

Bakı. 30 noyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.

"Report" xəbər verir ki, "Qarabağ"ın Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduğu E qrupunda daha bir darmadağın qeydə alınıb.

İngiltərə "Arsenal"ı Ukraynada "Vorskla"nı 3:0 hesabı ilə yenərək, qrup lideri kimi mərhələ adlayıb. "Sportinq" isə qrupda 2-ci yeri təmin edib.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı doğma meydanda Ukraynanın "Dinamo" (Kiyev) komandasına uduzub. Bununla da "Dinamo" mərhələ adlayıb. Əvəzində "Astana" vəziyyətini çətinləşdirib. Paytaxt klubu son turda Fransada "Renn"ə uduzsa, qrupda qalacaq.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə heç-heçə sayəsində 1/16 finala yüksəlib. "Beşiktaş” isə səfərdə Norveçin "Sarpsporq" komandası ilə görüşün ilk yarısında 2 topla geri düşsə də, fasilədən sonra hesabı öz xeyrinə dəyişməyi bacarıb. Əvəzində "Akhisarspor” Rusiya "Krasnodar"ına uduzaraq, yenə xalsız qalıb.

Ümumiyyətlə, V turun qarşılaşmalarından sonra Avroliqada növbəti mərhələyə yüksələn komandaların sayı 13-ə çatıb. Daha əvvəl "Arsenal” (İngiltərə), "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya) və "Dinamo” (Zaqreb, Xorvatiya) bu hüquqa sahib çıxmışdısa, hesabat turunun görüşlərindən sonra "Zaltsburq" (Avstriya), "Zenit" (Rusiya), "Fənərbağça" (Türkiyə), "Sportinq" (Portuqaliya), "Betis" (İspaniya) və "Dinamo" (Kiyev, Ukrayna) da bu sıraya qoşulub.

Avropa Liqası, qrup mərhələsi, V tur

29 noyabr

A qrupu

21:55. "Bayer" (Leverkuzen, Almaniya) - "Lüdoqorets" (Bolqarıstan) - 1:1

21:55. "Sürix" (İsveçrə) - AEK (Larnaka, Kipr) - 1:2

Xal durumu: "Bayer" - 10, "Sürix" - 9, AEK - 5, "Lüdoqorets" - 3.

B qrupu

21:55. "Rusenborq"(Norveç) - "Seltik" (Şotlandiya) - 0:1

21:55. "Zaltsburq" (Avstriya) - "Leyptsiq" (Almaniya) - 1:0

Xal durumu: "Zaltsburq" - 15, "Seltik" - 9, "Leyptsiq" - 6, "Rusenborq" - 0.

C qrupu

21:55. "Bordo" (Fransa) - "Slaviya" (Praqa, Çexiya) - 2:0

21:55. "Zenit" (Rusiya) - "Kopenhagen" (Danimarka) - 1:0

Xal durumu: "Zenit" - 11, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" - 4.

D qrupu

21:55. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0

21:55. "Anderlext" (Belçika) - "Spartak" (Trnava, Slovakiya) - 0:0

Xal durumu: "Dinamo" - 13, "Fənərbağça" - 8, "Spartak" - 4, "Anderlext" - 2

E qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Sportinq" (Lissabon, Portuqaliya) - 1:6

21:55. "Vorskla" (Poltava, Ukrayna) - "Arsenal" (İngiltərə) - 0:3

Xal durumu: "Arsenal" - 13, "Sportinq" - 10, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

21:55. "Betis" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) - 1:0

21:55. "Milan" (İtaliya) - "Düdelanj" (Lüksemburq) - 5:2

Xal durumu: "Betis" - 11, "Milan" - 10, "Olimpiakos" - 7, "Düdelanj" - 0.

G qrupu

19:50. "Spartak" (Moskva, Rusiya) - "Rapid" (Vyana, Avstriya) - 1:2

00:00. "Reyncers" (Şotlandiya) - "Vilyarreal" (İspaniya) - 0:0

Xal durumu: "Vilyarreal" - 7, "Rapid" - 7, "Reyncers" - 6, "Spartak" - 5.

H qrupu

00:00. "Apollon" (Kipr) - "Latsio" (İtaliya) - 2:0

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Marsel" (Fransa) - 4:0

Xal durumu: "Ayntraxt" - 15, "Latsio" - 9, "Apollon" - 4, "Marsel" - 1.

I qrupu

00:00. "Malmö" (İsveç) - "Genk" (Belçika) - 2:2

00:00. "Sarpsporq" (Norveç) - "Beşiktaş" (Türkiyə) - 2:3

Xal durumu: "Genk" - 8, "Beşiktaş" - 7, "Malmö" - 6, "Sarpsporq" - 5.

J qrupu

00:00. "Standard" (Lyej, Belçika) - "Sevilya" (İspaniya) - 1:0

21:55. "Krasnodar" (Rusiya) - "Akhisar" (Türkiyə) - 2:1

Xal durumu: "Krasnodar" - 12, "Sevilya" - 9, "Standard" - 9, "Akhisar" - 0.

K qrupu

00:00. "Yablonets" (Çexiya) - "Renn" (Fransa) - 0:1

19:50. "Astana" (Qazaxıstan) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:1

Xal durumu: "Dinamo" - 11, "Astana" - 8, "Renn" - 6, "Yablonets" – 2

L qrupu

00:00. "Çelsi" (İngiltərə) - PAOK (Yunanıstan) - 4:0

21:55. BATE (Belarus) - "Videoton" (Macarıstan) - 2:0

Xal durumu: "Çelsi" - 15, BATE - 6, "Videoton" - 6, PAOK - 3.

44 - Tezliklə