“ATS”ə məxsus kabelləri oğurlayan şəxslər saxlanılıb

Hadisə
  • 03 noyabr, 2021
  • 08:37
“ATS”ə məxsus kabelləri oğurlayan şəxslər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsindəki 3 küçədən “ATS”ə məxsus 1 423 metr uzunluğunda yeraltı kabellərin oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Daşdəmirov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini V.Atakişiyevlə birgə rayon telefon qovşağına məxsus 800 metr rabitə kabelini oğurlamaları da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə V.Atakişiyev də saxlanılıb.