Astarada zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
- 26 dekabr, 2022
- 05:20
Astarada 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində avtomobil piyadanı vuraraq öldürüb.
“Report” xəbər verir ki, Astara rayonunun Kişəjəbə qəsəbə sakini 24 yaşlı Vəfa İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək VAZ-2199 markalı, VAZ-2107 markalı və digər VAZ-2107 markalı avtomaşınlara dəydikdən sonra yolun hərəkət hissəsinin kənarı ilə piyada hərəkət edən 53 yaşlı Şahağacı kənd sakini Arifə Quliyevanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Son xəbərlər
01:50
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
Futbol01:36
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"
Futbol01:24
Benyamin Şeşko: "Sabah"ın qapıçısının irəli çıxmasından sonra qol üçün əlverişli fürsət yarandı"
Futbol01:16
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Digər ölkələr00:57
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Roma" ilə bərabərə qalıb, "Bavariya" qələbə qazanıb
Futbol00:52
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
Futbol00:11
Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Maliyyə23:48
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayır
Digər ölkələr23:30