Astarada eşşək kənd sakininin qulağını dişləyərək qoparıb
Hadisə
- 06 iyun, 2023
- 12:27
Astara rayonunda ulaq (eşşək) kənd sakinini dişləyərək xəsarət yetirib.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Pəlikeş kəndində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Vəliyulla Talıb oğlu Əliabbasova qonşusunun ulağı hücum edib.
Yerə yıxılan kişinin qoluna xəsarət yetirən ulaq V.Əliabbasovun qulağını dişləyib.
Xəsarət alan kənd sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cərrahi əməliyyatla yaralının qulağı yerinə tikilib.
Yaralıya digər tibbi yardımlar göstərilib, tetanus əleyhinə zərdab və quduzluğa qarşı peyvənd vurulub.
Son xəbərlər
08:19
"Reuters": Pentaqon rəhbərliyində dəyişikliklər edilə bilər
Digər ölkələr07:54
Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Digər ölkələr07:22
İran təhlükə olduğu zaman qabaqlayıcı əməliyyatlara keçid elan edib
Region06:49
Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
Futbol06:16
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətini şərh edib
Futbol05:59
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr05:22
Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Digər ölkələr04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07