Astarada qəza törədən motosikletçi ölüb
Hadisə
- 21 avqust, 2025
- 21:54
Astarada qəza törədən motosikletçi ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Züngüləş kəndində baş verib.
Belə ki, Ərçivan qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hüseyn Araz oğlu Əliyev idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet yol kənarındakı dirəyə çırpılıb.
Qəza nəticəsində H.Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:16
Kiberpolis qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri tutub
Hadisə15:12
"Pafos"da son oyunları buraxan Murad Məmmədov 2-3 həftəyə yaşıl meydanlara qayıdacaq
Futbol15:07
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 538-ə çatıb - YENİLƏNİB
Digər ölkələr15:04
Foto
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edib
Daxili siyasət15:01
Foto
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
Daxili siyasət15:00
MKA "Zimbra" istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib
İKT14:53
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib
Xarici siyasət14:49
Nepalda bərpa işlərinə ən azı 5 milyard dollar tələb olunacaq
Digər ölkələr14:45