Astarada qanunsuz ov edənlər barədə tədbir görülüb
Hadisə
- 03 noyabr, 2024
- 06:31
Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.
“Report”un cəbub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q.Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.
Onlardan müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.
Son xəbərlər
13:06
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Sənaye13:01
Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Maliyyə12:52
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzalayıb
Futbol12:50
Çilidə qocalar evində yanğın baş verib, ölənlər var
Digər ölkələr12:36
Foto
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyasına icazə veriləcək
Maliyyə12:27
Azərbaycanda BOKT-ların vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısı alınacaq
Maliyyə12:26
Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb
Hadisə12:22
Sabah 33 dərəcə isti olacaq
Ekologiya12:20