Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var
Hadisə
- 19 sentyabr, 2024
- 18:39
Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Astara rayonunun dağlıq ərazisində, Üləsi kəndində qeydə alınıb.
Belə ki, Şahin Şiriyevin idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq 100 metr hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Motlayataq kənd sakini 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
13:21
Ötən il Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini 75 min turist ziyarət edib
Turizm13:19
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
Fərdi13:17
Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir
Xarici siyasət13:16
Azərbaycan bocciaçısı Sona Ağayeva dünya reytinqində 8-ci pilləyə yüksəlib
Fərdi13:12
Avstraliya son iki COP-da liderliyə görə Azərbaycan və Braziliyaya təşəkkür edib
Ekologiya13:12
Nazir: TRİPP-lə bağlı son məlumatlar prosesin 2027-ci ildə başlayacağını göstərir
Xarici siyasət13:12
"AnewZ": Vardanyanın hüquqlarını müdafiə kampaniyası sifarişçinin qərəzli mövqeyinə əsaslanır
Region13:12
Ceyhun Bayramov: Ermənistan xarici işlər naziri ilə yaxın zamanlarda daha bir görüş ola bilər
Xarici siyasət13:11