Astarada əmioğlular arasında dava düşüb, ölən və yaralanan var
Hadisə
- 10 mart, 2021
- 16:45
Astara rayonunda əmioğlular arasında dava olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Şəmətük kəndində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.
İlkin məlumata görə, hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.
A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:03
Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
Futbol08:55
Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
Fərdi08:53
Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 40 nəfərə çatıb – YENİLƏNİB-3
Digər ölkələr08:37
Britaniya İranla əlaqəli hakerləri elektrostansiyaya hücumda şübhəli bilir
Digər ölkələr08:22
Tailandda yaraqlılar 30-dan çox obyektə hücum ediblər
Digər ölkələr07:53
Tayvanda yanğın və partlayış nəticəsində 15 nəfər xəsarət alıb
Digər ölkələr07:32
ABŞ dövləti borcunu azaltmaq üçün qeyri-populyar tədbirlər görə bilər
Digər ölkələr06:45
"Nvidia"nın ən böyük müştəriləri server qiymətlərinin artımı ilə bağlı xəbərdarlıq edilib
İKT06:19