Astarada avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Hadisə
  • 12 noyabr, 2025
  • 13:00
Astarada avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Astara rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.

Rayonun Kijəbə qəsəbə sakini Cəsarət Sübhan oğlu Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil Təngərüd kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Zair oğlu Məmmədovun idarə etdiyi "Mercedes-190" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü K.Məmmədov hadisə yerində ölüb.

"Niva"nın sürücüsü və avtomobildə olan sərnişin, Kijəbə qəsəbə sakini, 1991-ci il təvəllüdlü Fail İlqar oğlu Qüdrətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi müayinədən sonra hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə təxliyə olunublar.

Yaralıların müayinəsi müvafiq şöbədə davam etdirilir.

Qəzada ölən şəxsin meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti