Astarada 63 yaşlı kişi çimərlikdə ölüb
Hadisə
- 12 avqust, 2023
- 16:27
Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər.
Yaxınlarının sözlərinə görə, M.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.
Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:12
Azərbaycanda 8 ayda hasil edilmiş neft və qazın həcmi açıqlanıb
Energetika10:11
Cari ilin ilk 7 ayında 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb
Daxili siyasət10:07
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Daxili siyasət10:07
"Barselona" 111 ildən sonra mövsümə ardıcıl 7 qələbə ilə başlayıb
Futbol10:07
Azərbaycanda əhalinin sayı 0,14 % artıb
Sosial müdafiə10:05
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilir
Mədəniyyət siyasəti10:02
Hikmət Hacıyev: Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar
Region10:01
Gündüz İsmayılov: Azərbaycanda dünya və regional əhəmiyyətli çox sayda tarixi-dini abidə var
Din10:00