Astarada əncir ağacından yıxılan 60 yaşlı kişi vəfat edib

Hadisə
  • 17 avqust, 2026
  • 11:55
Astarada əncir ağacından yıxılan 60 yaşlı kişi vəfat edib

Astarada 60 yaşlı kişi əncir ağacından yıxılaraq ölüb.

"Report" xəbər verir ki, Siyaku kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev yaşadığı evin həyətindəki ağaca əncir dərmək məqsədi ilə çıxıb və ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.