Astarada 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib - FOTO

Hadisə
  • 20 yanvar, 2020
  • 08:44
Astarada 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib - FOTO

Astara rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, tədbirdə 20 Yanvar faciəsi barədə məlumat verilib.

Bildirilib ki, şəhid olanlar arasında Astaradan da iki nəfər var. Çingiz Mirzəhüseyn oğlu Əliyev və Novruz Faiq oğlu Əsgərov Şəhidlər xiyabanında uyuyur.

Tədbir iştirakçıları tərəfindən Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Məktəblilərin nümayiş etdirdiyi kompozisiyadan sonra rayon rəhbərliyi tərəfindən Xatirə Kompleksinin önünə əklil qoyulub, tər qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib.