Bakıda arvadını çəkiclə öldürməyə cəhd edən şəxsə hökm oxunub

Hadisə
  • 11 aprel, 2022
  • 07:04
Bakıda arvadını çəkiclə öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazova hökm oxunub və o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən prosesdə prokuror S.Namazovun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.