Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın olub
Hadisə
- 17 avqust, 2019
- 18:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 17-si axşam saat 20:00 radələrində Ağsu rayonunun Navahı kəndi ərazisindəki biçilmiş taxıl sahəsində, yüksək gərginlikli elektrik xətlərinin altında yanğın hadisəsi baş verib.
“Report” Yuxarı Şirvan bürosunun məlumatına görə, yanğından dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 12 nəfər canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Yanğın 1 saat ərzində yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.
Hadisə nəticəsində 1 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb, yüksək gərginlikli elektrik xətləri mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
09:35
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
Futbol
09:29
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Energetika
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə