Ağsuda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
- 01 fevral, 2026
- 15:59
TƏBİB Ağsuda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 01.01.2026-ci il tarixində saat 00:20 radələrində 4 nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir.
Ağsuda ağır yol qəzası baş verib, dörd nəfər xəsarət alıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun rayonun Ərəbmehdibəy kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər - 30 yaşlı Ruslan Tağıyev, 34 yaşlı Amil Mollayev, 28 yaşlı İlkin Heybətov və hələlik şəxsiyyəti məlum olmayan şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Xəstəxanadan əldə olunan məlumata görə, xəsarət alan şəxslərdən birinin komada və reanimasiyada olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.