Ağstafada yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
- 21 oktyabr, 2022
- 12:22
Ağstafa rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar aşağıdakılardır:
1) 1981-ci il təvəllüdlü Emil Mikayılov
2) 1985-ci il təvəllüdlü Kamal Babayev
3) 1972-ci il təvəllüdlü Akif Bayramov
Xəsarət alanların hər biri xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
15.59
Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.