Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Hadisə
  • 11 avqust, 2019
  • 06:02
Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, xəsarət alan Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Münazim Mikayılova və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Nizam Yusifov xəstəxanaya aparılıb. 

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır .