Ağstafada yeniyetmə at arabasının altında qalaraq ölüb

Hadisə
  • 05 noyabr, 2018
  • 05:39
Ağstafada yeniyetmə at arabasının altında qalaraq ölüb

Ağstafa. 5 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda yeniyetmə at arabasının altında qalaraq ölüb. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsinin ərazisində baş verib.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü Famil Tahir oğlu İbrahimov hərəkətdə olan at arabasından yıxılaraq arabanın təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan F.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

44 - Tezliklə