Ağstafada qohumunu bıçaqlayan şəxs saxlanılıb
Hadisə
- 19 dekabr, 2017
- 06:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağstafa. 19 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlama hadisəsi törədən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Qırılı kənd ərazisində, 1992-ci il təvəllüdlü Ələstün Loğman oğlu Məmmədlini bıçaqlayan şəxs, Masallı rayonu Ərkivan kənd sakini, 1998-ci il təvəllüdlü Əzimov Elvin Məsləhət oğlu saxlanılıb.
Məlumata görə, hadisə qohum olan şəxslər arasında yaranmış mübahisə zəminində baş verib.
Qeyd edək ki, bıçaq xəsarəti alan Ələstün Məmmədli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
10:45
Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb
Region10:39
Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir
İnfrastruktur10:35
Çexiyalı nazir: "Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik"
İnfrastruktur10:33
Radek Şpicar: "Azərbaycan Çexiya biznesi üçün strateji hab ola bilər"
Biznes10:32
Radek Şpicar: "Azərbaycan yüksək inkişaf etmiş iqtisadiyyata keçiddə iddialıdır"
Biznes10:29
Şahin Babayev: "Bakıdan Praqaya uçuşların sayının 14 % artacağı gözlənilir"
İnfrastruktur10:28
Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir
İnfrastruktur10:23
DSMF-nin xərcləri 10 % artıb
Maliyyə10:21