Ağstafada qadın sürücü avtomobili aşırıb, xəsarət alan var

Hadisə
  • 31 may, 2019
  • 18:02
Ağstafada qadın sürücü avtomobili aşırıb, xəsarət alan var

Ağstafada qadın sürücü idarə etdiyi avtomobili aşırıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Qəza nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Sevinc Əliyeva xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.