Ağstafada motosiklet kanala aşıb, xəsarət alan var
Hadisə
- 02 mart, 2019
- 07:04
Ağstafa. 2 mart. REPORT.AZ/ Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
Kənd ərazisində olan kanalın (içərisində su olmayıb) kənarında hərəkətdə olan motosikletin təkəri boşluğa düşüb və kanala aşıb. Nəticədə motosikletin sərnişini 1983-cü il təvəllüdlü Əziz Fəxrəddin oğlu Eyyubov xəsarət alıb. Motosikletin sürücüsü və daha bir sərnişini isə xəsarət almayıb. Ə.Eyyubov xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:11
ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalayıb - YENİLƏNİB
Digər ölkələr01:41
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Digər ölkələr01:34
"Bloomberg": ABŞ-nin avtomobil nəhəngləri Trampı Çin avtomobillərinin idxalını qadağan etməyə çağırıb
Digər ölkələr01:11
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Digər ölkələr01:04
Bundesliqa: "Bavariya" 4-cü tur matçında "Union"u darmadağın edib
Futbol00:59
Tramp bəzi jurnalistlərin Ağ Evə girişini qadağan edib
Digər ölkələr00:16
Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
Elm və təhsil23:52
Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesinin necə aparılacağı müəyyənləşib
Elm və təhsil23:45