Ağstafada minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Hadisə
  • 31 avqust, 2020
  • 17:54
Ağstafada minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon Qırlı kənd ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon Qırlı kəndində minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Xəsarət alanlar: Qazax rayon sakinləri, 21 yaşlı Aysel Kərimova və 27 yaşlı Nürəddin Nağızadə.

Xəsarət alan şəxslər Ağstafa Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Fakta bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə