Ağstafada minik avtomobili arxa düşdü, xəsarət alanlar var

Hadisə
  • 06 fevral, 2020
  • 12:30
Ağstafada minik avtomobili arxa düşdü, xəsarət alanlar var

Ağstafa rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qıraq Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su arxına düşüb. Nəticədə 1990-cı il təvəllüdlü Tural Kərimov və 1997-ci il təvəllüdlü Məhəmməd Omarov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.