Ağstafada yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib

Hadisə
  • 11 iyun, 2023
  • 04:35
Ağstafada yeniyetmə onu toya aparmadıqları üçün intihara cəhd edib

Ağstafa rayonunda yeniyetmə oğlan intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 2007-ci il təvəllüdlü A.Q özünü asaraq intihara cəhd edib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun yaxınları tərəfindən toya aparılmadığı üçün özünü asaraq intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.