Ağstafada evdə yanıq xəsarətləri alanların kimliyi məlum olub
- 30 oktyabr, 2021
- 09:15
Ağstafa rayonunun Qarahəsənli kəndində evdə yanıq xəsarətləri alanların kimliyi məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar 1993-cü il təvəllüdlü Qotaz Tahirova və 1993-cü il təvəllüdlü Taleh Tahirovdur.
Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır və orta-ağır kimi qiymətləndirilir.
İlkin məlumatlara görə, onlar qaz sobasında baş vermiş partlayış nəticəsində xəsarət alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
12:03
Ağstafa rayonunda evdə yanğın olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində baş verib.
Yanğın nəticəsində bir qadın və bir kişi xəsarət alıb. Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi güman olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.