Ağstafada ağır yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Hadisə
  • 28 iyun, 2019
  • 16:07
Ağstafada ağır yol qəzası olub, ölənlər və yaralananlar var - YENİLƏNİB

Ağstafa rayonunda baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri - 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov və 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıblar. 

Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ölənlərin isə Cəsur İbrahim oğlu Ağayev və Fərhad İsmayıl oğlu Əliyev olduğu müəyyənləşib. 


*** 19:53

Ağstafa rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Stansiya Poylu ərazisində qeydə alınıb. 

Qəza nəticəsində 2 nəfərin öldüyü, daha 2 nəfərin isə yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.