Ağstafa sakini linglə döyülüb

Hadisə
  • 22 iyun, 2019
  • 19:36
Ağstafa sakini linglə döyülüb

Ağstafa rayonunda döyülmə faktı qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun 1971-ci il təvəllüdlü Ayət Bayramov Köçəsgər kəndində küt linglə möhkəm döyülüb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, onu mübahisə zəminində həmkəndlisi döyüb.

Faktla bağlı araşdırma aparılır.