Ağdaşda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə
- 02 fevral, 2023
- 07:21
Ağdaş rayonunda minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Ruslan Əliyevin idarə etdiyi “KİA” və Göyçay şəhər sakini Zahir İsmayılovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə “KİA”nın sürücüsü və ikisi yeniyetmə olmaqla avtomobildə olan 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
Son xəbərlər
22:47
AFP: Yəmən qüvvələri və husilər arasındakı döyüşlərdə 50-yə yaxın şəxs həlak olub
Digər ölkələr22:36
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Region22:28
Niderlandın Baş naziri Haaqadakı iğtişaşçıları polisə qarşı zorakılıqda ittiham edib
Digər ölkələr22:20
Türkiyədə keçmiş kəşfiyyatçının ölümü ilə bağlı daha dörd nəfər saxlanılıb
Region22:07
Tramp Süni İntellekt Qüvvələrinin yaradıldığını açıqlayıb
Digər ölkələr21:54
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
Region21:46
Paşinyan Putinlə CQDY-nin konsessiyasını müzakirə etmək niyyətindədir
Region21:43
Foto
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
Fərdi21:40