Ağdaşda mağaza sahibinin iş yerində meyiti tapılıb

Hadisə
  • 26 mart, 2018
  • 13:02
Ağdaşda mağaza sahibinin iş yerində meyiti tapılıb

Ağdaş. 26 mart. REPORT.AZ/ Ağdaş rayonunda mağaza sahibinin iş yerində meyiti tapılıb.

"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş şəhərində yerləşən mağazaların birinin sahibi olan, 1971-ci il təvəllüdlü Rəsul Hacıyaqub oğlu Məmmədlinin mağazada meyiti aşkarlanıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.