Ağdaşda avtomobil təmiri sexində yanğın olub, bir neçə nəqliyyat vasitəsi yanıb
Hadisə
- 24 avqust, 2021
- 20:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdaşda yanğın hadisəsi qeydə alınıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə fəaliyyət göstərən, rayon sakini Gülbəniz Məmmədliyə məxsus avtomobil təmiri sexində yanğın olub. Hadisə zamanı ümumi sahəsi 532 kv metr olan 17 təmir sexindən 4-ü - 140 kv metr hissəsi yanıb. Alov qısa zamanda genişlənib, bu zaman sexdə təmir üçün dayanmış iki ədəd "Opel" və “VAZ-2106” markalı avtomobillər yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:26
Qazaxıstan gələn il BTC ilə neft ixracını 1,7 milyon tona qədər artıracaq
Energetika
17:21
Foto
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Sağlamlıq
17:17
Foto
Video
Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
Daxili siyasət
17:16
Foto
MMU-da Zəfər Gününə həsr olunmuş Respublika Elmi-Praktik Konfransı başa çatıb
Hərbi
17:13
İspaniyada 18 yaşlı hakimə hücum edən futbolçu 1 illik cəzalandırılıb
Futbol
17:12
Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
Ekologiya
17:08
Portuqaliya millisini tərk edən Ronaldu üçün xüsusi tədbir təşkil olunacaq
Futbol
17:01
Foto
Bahar Muradova Salyanda vətəndaşları qəbul edib
Daxili siyasət
17:00
AQP: Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
İnfrastruktur