Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Hadisə
  • 03 iyun, 2026
  • 12:31
Ağdaşda avtomobil qəzası olub, ölən və xəsarət alan var - YENİLƏNİB

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri evə buraxılıb.

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumatda vurğulanıb ki, iyunun 3-də Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə avtoqəzada xəsarət alan iki nəfər hospitalizasiya olunub:

"Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travmaları, müxtəlif nahiyələrin sınıqları və kəsilmiş yara diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Yüngül xəsarətlər alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə xəsarət alıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.