Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər
Hadisə
- 17 avqust, 2017
- 06:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdaş. 17 avqust. REPORT.AZ/ Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.
Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
21:31
"Gəncə"nin baş məşqçisi Murad Dikmən: "Azarkeşlərə daha yaxşı oyun göstərmək istəyirdik"
Komanda
21:24
Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb
Ekologiya
21:21
Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb
Xarici siyasət
21:03
Foto
Video
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub - Yenilənib-2
Xarici siyasət
20:57
Foto
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Region
20:47
Kavelaşvili Gürcüstanın regional əməkdaşlıq tərəfdaşları sırasında Azərbaycanın əhəmiyyətini qeyd edib
Region
20:44
Foto
Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub - Yenilənib
Region
20:42
Avropa Siyasi Birliyinin Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi ölkəyə olan etimadın göstəricisidir
Digər ölkələr
20:39
FIBA Avropa Kuboku: "Gəncə" basketbol komandası Türkiyə təmsilçisinə uduzub
Komanda