Ağdamda yük avtomobili sel sularının gətirdiyi minaya düşüb
Hadisə
- 14 fevral, 2025
- 08:08
Ağdam rayonunda mina hadisəsi baş verib.
Bu barədə "Report"a Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.
Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
01:10
İranın neft emalı zavodunda yanğın baş verib
Region00:59
Foto
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
Futbol00:45
İran və Oman arasında Hörmüz boğazından təhlükəsiz keçid müzakirə ediləcək
Region00:17
Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq
Digər ölkələr23:59
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
Region23:45
Kamil Sadıqov "KS Besa Kavaya" klubuna transfer olunub
Futbol23:39
Moskvada suşi yeyən 19 nəfər zəhərlənib
Region23:24
Lindsi Qrem: ABŞ-nin Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar"ı razılaşdırılıb
Digər ölkələr23:11