Ağcabədidə yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 01 aprel, 2025
- 15:47
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə-Hindarx yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər - Ağcabədi rayon Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
22:33
Seneqal millisinin üzvü Pap Matar Sarr karyerasını "Yuventus"da davam etdirəcək
Futbol22:20
SEPAH İranın raket hücumu barədə məlumat yayıb
Region22:15
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə "yeni baxış" lazımdır
Region22:12
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur22:04
Peskov: Almaniyanın PUA insidenti ilə bağlı Rusiyaya qarşı ittihamları əsassızdır
Region22:02
Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirib
Komanda21:59
Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib
Region21:51
"Xatəm əl-Ənbiya" ABŞ-ni cavab zərbəsi ilə hədələyib
Region21:50