Ağcabədidə üç avtomobil toqquşub: xəsarət alanlar var
Hadisə
- 13 oktyabr, 2015
- 15:45
Bakı. 13 oktyabr. REPORT.AZ/ Ağcabədi rayonunda üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağcabədi Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Qəza nəticəsində "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub.
Nəticədə "VAZ 2106"nın sürücüsü 1986-cı il təvəllüdlü Xudiyev Nicat Sahəddin oğlu və sərnişini 1958-ci il təvəllüdlü İbrahimov Adil Xanoğlan oğlu, həmçinin "Opel"in sürücüsü 1974-cü il təvəllüdlü Tağıyev Məhər Valeh oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
01:29
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
Digər ölkələr00:54
Foto
Video
Sumqayıtda altı avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə00:42
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
Digər ölkələr00:15
ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Digər ölkələr23:57
Nardaranda ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - YENİLƏNİB
Hadisə23:51
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər
Digər ölkələr23:34
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
Region23:29
Qazaxıstan və Avstriya neft tədarükünün sabitliyini müzakirə ediblər
Region23:11