Ağcabədi və Bərdədə mağazadan oğurluq edən şəxs saxlanılıb
Hadisə
- 10 yanvar, 2026
- 14:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bərdə və Ağcabədidə maǧazalarda quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarını oǧurlayan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusu da sındırılıb.
Oğurluq əməlində təqsirli bilinən Nahid Süleymanovun bunu Bərdə rayonunda və Ağcabədinin Taxtakörpü qəsəbəsindəki mağazalarda törətdiyi məlum olub.
Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, məlumatda oğurlanan vəsaitin həcmi açıqlanmayıb.
Son xəbərlər
10:03
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Komanda09:43
Foto
Ağdamda III Beynəlxalq Xankəndi Ultramarafonunun son mərhələsinə start verilib
Fərdi09:35
Premyer Liqada VII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq
Futbol09:34
MKİ-nin keçmiş rəsmisi ABŞ biznesləri adından casusluq qadağasının ləğvinə çağırıb
Digər ölkələr09:05
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
Komanda08:53
EHF Avropa Kuboku: "Kür" bu gün APOEL-lə cavab oyununa çıxacaq
Komanda08:52
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Futbol08:38
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Digər ölkələr08:05