Ağcabədi sakinindən silah-sursat götürüldü
Hadisə
- 17 iyun, 2021
- 13:12
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini, əvvəllər məhkum edilmiş İlqar Şirinov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” avtomatı, içərisinədə 30 ədəd 5.45 kalibrli patronlar olan avtomat sandığı, 1 ədəd əl qumbarası və içərisində barıt olan 1 ədəd sellofan torba aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Son xəbərlər
16:22
"Rosatom" rusiyalı mütəxəssisləri İrandakı "Buşehr" AES-ə qaytarır
Region16:22
Xətai rayonunda yanğın olub
Hadisə16:15
İranda qəhvəxanaya silahlı hücum olub, ölənlər var
Region15:53
Pakistanda 15 yaraqlı zərərsizləşdirilib
Digər ölkələr15:32
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
Futbol15:31
"Reuters": Tayvan 2027-ci ildə müdafiə xərclərini 16 % artıra bilər
Digər ölkələr15:14
Xamenei ilə Pezeşkian hərbi məsələləri müzakirə ediblər
Region15:01
İspaniyada atəşfəşanlıq festivalında 27 nəfər xəsarət alıb
Digər ölkələr14:45