Adam öldürməyə cəhddə təqsirləndirlən şəxsin məhkəməsi başlayıb
- 21 iyun, 2019
- 08:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası iyulun 1-ə təyin edilib.
Qeyd edək ki, İmişli rayon sakini Elvin Həmzəyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb.
İstintaq orqanında E.Həmzəyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.