Xırdalanda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Hadisə
  • 20 fevral, 2017
  • 20:20
Xırdalanda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Bakı. 21 fevral. REPORT.AZ/ Abşeron rayonunda yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, Xırdalan şəhərində, çoxmərtəbəli yaşayış binasında şaxtadan keçən elektrik kabeli 40 p.m yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.