Abşeronda gənc oğlan bıçaqlanıb

Hadisə
  • 08 iyun, 2017
  • 20:26
Abşeronda gənc oğlan bıçaqlanıb
Courtesy İmage

Bakı. 9 iyun. REPORT.AZ/ Abşeronun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Şirinov Məmməd Dağbəyi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Çoxlu qan itirən yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.